İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Rusiya televiziyasında şok məğlubiyyət anonsu - CANLI

Ötən gün rusiyalı hərbi ekspert Mixail Xodaryonok ölkənin dövlət televiziyasında Kreml təbliğatçılığı ilə məşğul olan "60 dəqiqə" verilişində Rusiya ordusunun Ukraynaya qarşı müharibə aparmaq üçün texniki imkanlarının çatmadığını, silahların köhnə və texnoloji baxımdan geri qaldığını, Ukrayna ordusunun isə NATO ölkələrinin ən müasir silahları ilə təhciz olunduğunu dilə gətirib. Bu, ilk deyil.

Son günlər bu tipli açıqlamalar verən rus ekspertlərin sayı durmadan artır. Belə çıxır ki, ya Kreml ekspertlərin dililə cəmiyyəti Ukraynaya qarşı təcavüzdən çəkinməyin qaçılmaz olacağına hazırlayır, ya da Putin artıq ölkəyə nəzarəti itirir.

TVMusavat-ın saat 15:30-da canlı yayınında aparıcı Emil Salamoğlunun moderatorluğu ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı Ukrayna böhranını müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR