İnsanlara hürriyət, millətlərə istiqlal!

Son sutkada Şimali Koreyada 100 min insanda koronavirus əlamətləri aşkarlanıb

Son sutka ərzində Şİmali Koreyada azı 100 710 nəfərdə qızdırma əlamətləri aşkarlanıb, aprelin sonundan koronavirusun yayılması fonunda belə halların ümumi sayı 3,55 milyonu ötüb.

Trend "Yonhap" agentliyinə istinadla xəbər verir ki, qızdırması olan xəstələrin 3,36 milyon nəfəri sağalıb, 188 mini müalicəsini davam etdirir. Ölənlərin sayı son sutkada bir nəfər artaraq 70-ə çatıb.

Bundan əlavə, bazar günündən etibarən Pxenyanda karantin qismən aradan qaldırılıb, bir sıra dövlət qurumları və orqanları fəaliyyətini bərpa ediblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR