İnsanlara hürriyət, millətlərə istiqlal!

Son sutkada Azərbaycanda 161 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 820 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 323 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 484, bu günə qədər isə ümumilikdə 7 236 764 test icra olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR