İnsanlara hürriyət, millətlərə istiqlal!

Son illərin ƏN BÖYÜK hücumu başlayır: Bir neçə gün sonra... - ŞOK

ABŞ-ın nüfuzlu nəşrlərindən olan New York Times (NYT) İsrail zabitləri ilə danışaraq Tel-Əvivin planından yazıb.

Musavat.com xəbər verir ki, "İsrailin planları Qəzza şəhərini və HƏMAS rəhbərliyini hədəf alır" başlıqlı xəbərə əsasən, İsrail Qəzza şəhərini ələ keçirmək və rəhbərliyi məhv etmək üçün 10 min əsgər göndərməyi planlaşdırır.

NYT-yə danışan üç yüksək vəzifəli məmurun sözlərinə görə, məqsəd Qəzzaya nəzarət edən Fələstin qruplaşması olan HƏMAS-ın yüksək siyasi və hərbi iyerarxiyasını aradan qaldırmaqdır.

Hücumun 2006-cı ildə İkinci Livan müharibəsindən bu yana ən böyük hücum olacağı və İsrail ordusunun Qəzzanın bəzi hissələrini müvəqqəti də olsa, nəzarətdə saxlamağa çalışacağı bildirilir.

HƏMAS rəsmisi isə nəşrə açıqlamasında bildirib ki, onun döyüşçüləri tunellərdən çıxaraq İsrail əsgərlərini pusquya salmağa çalışacaqlar.

“Üç İsrail zabiti əlavə təfərrüatlar vermədən bildirdi ki, İsrail ordusunun döyüş qaydaları əsgərlərinin əməliyyatını asanlaşdırmaq üçün yumşaldılır və əsgərlərin düşmənləri atəşə tutmazdan əvvəl daha az yoxlama aparmasına imkan verilir. Qəzzanın işğalı əvvəlcə həftə sonu üçün planlaşdırılıb, lakin İsrail pilotları və dron operatorlarının quru qüvvələrinə havadan dəstək verməsini çətinləşdirəcək hava şəraiti səbəbindən ən azı bir neçə gün təxirə salınıb” - New York Times yazır.

Mənbələr İsrailin hücum qüvvələrinin tanklar, istehkamçılar və komandolardan, həmçinin piyadalardan ibarət olacağını bildiriblər. Quru qoşunları qurudan və dənizdən döyüş təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları və artilleriya vasitələri ilə mühafizə olunacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR