İnsanlara hürriyət, millətlərə istiqlal!

Son iki ayda Rusiyada cəbhəyə 23 min məhbus göndərilib

2022-ci ilin sentyabr və oktyabr aylarında Rusiyada islah koloniyalarında cəza çəkən kişi məhbusların sayı 23 min nəfər azalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.

Rəsmi qurumlardan alınan statistik rəqəmlərə əsasən Rusiyada bu ilin sentyabrın əvvəlində həbs düşərgələrində 348 min nəfər var idisə, oktyabrın əvvəlində bu rəqəm 338 minə, noyabrın əvvəlinə isə 325 minə qədər azalıb. Lakin istintaq təcridxanalarında və ya qəsəbə koloniyalarında olanların, habelə məhkum olunmuş qadınların sayı praktiki olaraq dəyişməyib.

Jurnalistlərin fikrincə, məhbusların sayı son illərdə heç vaxt - hətta amnistiya dövründə belə bu qədər kəskin şəkildə azalmamışdı. “Mediazona” hazırkı “ixtisar”ları “Vaqner” özəl şirkətinə məhbusların işə götürülməsi ilə bağlyır.

2022-ci ilin avqustundan Ukrayna ilə müharibədə iştirak edən “Vaqner” öz birləşmələrinə rus məhbusları da cəlb etməyə başlayıb. Məhkumlara 6 aylıq xidmət və nağd ödənişlərdən əlavə əfv təklif olunur. İşə qəbulda Rusiya prezidenti Vladimir Putinə yaxın iş adamı Yevgeni Priqojin şəxsən iştirak edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR