İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zelenskidən SƏRT BƏYANAT - Rusiya cavab verəcək

Ukraynanın Uman şəhərində raket hücumu nəticəsində 6-sı uşaq olmaqla 23 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın Uman şəhərində həyata keçirdiyi raket hücumu ilə bağlı açıqlama verib.

Ukrayna prezidenti hücumu təşkil edənlərə lazımi cavabın veriləcəyini deyib:

“Terror dövlətinin ən qısa zamanda əməllərinə görə cavab verməsi üçün əlimizdən gələni edəcəyik. Bu cür raket hücumlarını hazırlayan hər kəs bilməlidir ki, onlar qətlə şərik olacaqlar - raketləri yönləndirən və buraxan, təyyarələrdən və gəmilərdən terror üçün istifadə edən hər kəs... Təkcə əmr verənlər deyil, hamınız terrorçu və qatilsiniz və hamınız cəzalandırılmalısınız. Umanda bu hücumda 6-sı uşaq olmaqla ümumilikdə 23 adam həyatını itirdi. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR