İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yeni əməliyyat başlayır: "TAM HAZIRIQ"

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı üçün hazırlıqlarını tamamlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin rəsmi dövlət televiziyası KAN açıqlayıb.

Televiziyanın məlumatına görə, üç gündür Qəzza sərhəd bölgəsində İsrail ordusu ilə fələstinli qruplar arasında qarşıdurma yoxdur.

"Qüvvələrin hərəkəti və mövqeləri də daxil olmaqla bütün inkişaflar göstərir ki, İsrail ordusu Qəzza zolağına daxil olmaq üçün hazırlıqlarını tamamlayıb" - xəbərdə bildirilib.

Qəzzada həyata keçiriləcək quru əməliyyatının “yəhudi məskənlərinin silahlı fələstinlilərdən təmizlənməsindən sonra” müharibənin ikinci mərhələsi olacağı vurğulanıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR