Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat verib.
Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. Hələ məktəb illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında maraqlı çıxışları ilə diqqət çəkib.
O, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1958–1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 1964–1974-cü illərdə isə Azərbaycan Milli Dram Teatrının aktrisası kimi fəaliyyət göstərib.
Əminə Yusifqızı səhnədə Qulu (“Anacan”, Y. Əzimzadə), Səbirə (“Son məktub”, R. İsmayılov), Humay (“Komsomol poeması”, İ. Coşğun – Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər (“Söz yarası”, Q. Rəsulov), Əliman (“Ana tarla”, Çingiz Aytmatov), Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və digər yaddaqalan obrazları canlandırıb.
1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir. Kinostudiyanın nəzdindəki Kinoaktyor Teatr Studiyasında da çalışıb. Dublyaj və səsləndirmə sahəsində geniş fəaliyyət göstərib, bədii qiraət ustası kimi tanınıb.
Əminə Yusifqızı “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və digər filmlərdə, həmçinin televiziya tamaşalarında yaddaqalan rolları ilə tamaşaçı sevgisi qazanıb.
10 Oktyabr 2025
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ