İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: "Vaqner"in bütün silahları əlindən alındı

Rusiyanın “Vaqner” ÖHŞ-nə məxsus silah və hərbi texnikaları Rusiya ordusuna verilib.

Musavat.com xarici agentliklrə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, o, 2000-dən çox hərbi texnika, eləcə də atıcı silah və sursat alıb.

Təhvil verilən texnikalar arasında T-90, T-80, T-72 tankları, həmçinin “Qrad” və “Uraqan” reaktiv yaylım atəş sistemləri, “Pantsir” zenit-raket və silah sistemləri, “2S1 Qvozdika”, “2S3 Akatsiya”, “2S5 Hiyatsint”, “2S4 Tülpan”, haubitsa və tank əleyhinə silahlar, minaatan sistemləri, çoxməqsədli zirehli daşıyıcılar, zirehli personal daşıyıcıları kimi yüzlərlə ağır texnika var.

Müdafiə Nazirliyindən verilən informasiyaya əsasən, bu texnikalar arasında onlarla silah heç vaxt döyüş şəraitində istifadə olunmayıb.

Hərbi idarədən texnika və silahların arxa cəbhələrə çatdırılacağını, orada onlara texniki qulluq göstəriləcəyi və cəbhəyə göndərilmək üçün hazırlıq işləri aparılacağı bildirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR