Onlayn ictimai-siyasi qəzet
Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkətlərindən biri olan ASELSAN insansız hava aparatlarına (PUA) qarşı effektiv müdafiə qabiliyyətini artırmaq üçün hazırladığı GÖKBERK Lazer Silah Sisteminin sınaqlarını uğurla tamamlayıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ASELSAN tərəfindən inkişaf etdirilən bu sistem Polad Qübbə layihəsi çərçivəsində hava hücumlarına qarşı daha güclü müdafiə təmin etmək üçün hazırlanıb.
GÖKBERK lazer texnologiyasından istifadə edərək düşmən PUA-larını havada məhv edə bilir və pilotsuz hava hücumlarına qarşı kritik qoruma təmin edir.
Türkiyə Müdafiə Sənayesi Nazirliyi tərəfindən idarə olunan layihənin uğurlu sınaqları sistemin döyüş şəraitində yüksək effektivliyə malik olduğunu sübut edib. Ekspertlərə görə, bu texnologiya gələcəkdə Türkiyənin hava müdafiə sistemində mühüm rol oynayacaq və müxtəlif təhlükələrə qarşı müdafiəni daha güclü edəcək.
ASELSAN səlahiyyətliləri GÖKBERK Lazer Sisteminin yaxın zamanda silahlı qüvvələrin inventarına daxil ediləcəyini və texnologiyanın daha da təkmilləşdirilməsi üçün yeni sınaqların davam etdiriləcəyini bildiriblər.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ