Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan xərçəngdən əziyyət çəkən iştirakçısı Qəşəm Cəfərova yardım istəyib.
Musavat.com xəbər verir ki, estrada ulduzu bu barədə instaqramda video paylaşıb.
Röya Qəşəmin xəstəliyindən yeni xəbər tutduğunu və ona lazımi dəstəyi göstərəcəyini deyib:
“Eşitdiyim xəbərdən sonra səhərdən kefim yaxşı deyil. Murad Arifin paylaşımından sonra dünən “Səs Azərbaycan”da məni seçən Qəşəmin xəstəliyini öyrənmişəm. Buna inanırsınınız, bilirsiniz ki, mən nə lazım olsa, nəyə gücüm çatırsa, bir qadın, ana, sənətçi kimi onun yanında olacağam. Deyirlər, tək əldən də səs çıxmaz. Biz birlik olanda bir-birimizə dəstək ola bilirik. Kimin gücü necə çatırsa, rica edirəm Qəşəmə dəstək olaq. Çox qəşəng səsi var”.
Qeyd edək ki, ilk olaraq Murad Arif Qəşəmin xərçəng xəstəliyindən əziyyət çəkməsi barədə paylaşım edib və yardım istəyib.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ