Onlayn ictimai-siyasi qəzet
Misirli ulduz Mohamed Salah Premyer Liqanın 28-ci həftəsində "Liverpul"un "Sauthempton"a 3:1 hesabı ilə qalib gəldiyi oyunda iki qol vuraraq yenidən tarixə düşüb.
Liqada 184 qol vuran Salah "Mançester Siti"nin keçmiş oyunçusu Serxio Agüero ilə bərabər, liqanın bombardiri siyahısında 5-ci pilləyə yüksəlib. Təcrübəli futbolçu klub tarixində ən çox qol vuran 3-cü futbolçudur.
Salah klub tarixində ən çox qol vuran 3-cü, Premyer Liqa tarixində isə ən çox qol vuran 5-ci futbolçu olub.
Salah bu mövsüm Premyer Liqada 27 qol və 17 məhsuldar ötürmə ilə həm qol, həm də assist siyahısına liderlik edir. Ümumilikdə 41 oyunda 32 qol və 22 məhsuldar ötürmə ilə inanılmaz performans sərgiləyir./Milli.az/
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ