İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynalıları heç kim məğlub edə bilməz!”

“Dünya gündəmində əsas mövzu Ukraynanın aqibətidir. Müzakirələr gedir, çoxluğun qənaəti budur ki, ABŞ və Avropa ayrılmaq yerinə əvvəlki kimi bir olub, Putinin təcavüzünün qarşısını almalı, onu etdiklərinə görə cəzalandırmalıdır. Eyni zamanda bu gün Ukrayna yenidən və daha güclü dirəniş nümayiş etdirməlidir. 1 milyon ukraynalı cəbhəyə axın etməlidir. Çünki onsuz da bugünkü nəsil həyatını və yaşayışını gələcək nəsillər üçün qurban verib”.

Bunu Musavat.com-a açıqlamasında Ukraynadakı diasporumuzun fəal nümayəndələrindən biri Yalçın Qəhrəmanoğlu bildirib.

YALCİN.jpg (26 KB)

O qeyd edib ki, bu gün inkişaf etmiş Qərb dövlətləri də eyni yolu keçib:

“Ötən əsrin 1960-70-ci illərində Avropanı bürüyən şəkər qıtlığı zamanı Ukrayna Norveçə yardım edirdi. Ukraynada şəkər bolluğunda mürəbbələr hazırlananda Norveçdə şəkər insanlar üçün xüsusi bir nemət idi. Bu gün də Norveç Ukraynaya yardım edir. Günün birində Ukrayna da Norveç kimi azad və inkişaf etmiş dövlətə çevriləcək”.

Yalçın Qəhrəmanoğlu qələbəyə inandığını vurğulayıb:

“Ukraynalıları heç kim məğlub edə bilməz. Doğrudur, çətinliklər var və olacaq. Qurbanlar verilir. Əminəm ki, ukraynalılar da məqamı çatanda biz azərbaycanlılar kimi torpaqlarını azad edəcəklər. Bu millət, xalq “dünyanı idarə edirlər” deyə təqdim olunan iki super dövlət mifini dağıtdı. Gücünü ortaya qoydu və bu gün də əzmlə həm hərbi, həm beynəlxalq siyasi cəbhədə savaşır. Səlcuq hökmdarı Alparslanın dediyi kimi: “Qələbə inananlarındır” Slava Ukraine!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR