Onlayn ictimai-siyasi qəzet
Suriyanın Ayn Əl Ərəb bölgəsindəki PKK/YPG terrorçuları Türkiyənin Qaziantep əyalətinin Karkamış mahalına raket hücumu təşkil edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, raket hücumundan sonra Karkamışla üzbəüz Zor Maqar bölgəsi döyüş təyyarələri ilə vurulmağa başlayıb.
Belə ki, Türkiyənin sursatla dolu qırıcıları Diyarbəkir 8-ci Əsas Reaktiv Baza Komandanlığından havaya qalxıb. Bundan başqa, yük təyyarələrinin enməsi və qalxması müşahidə edilib.
Digər tərəfdən terror təşkilatı tərəfindən atılan raketlərin yerləşdiyi ünvanlarda araşdırma və zərərin qiymətləndirilməsi işlərinə başlanıb.
Raket hücumundan sonra Qaziantep valisi Davud Gül, Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, polis rəisi Mustafa Emre Başbuğ partlayışın baş verdiyi ərazilərdə araşdırmalar aparıblar.
Vali Gül ümumilikdə 10 nəfərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri artıqlaması ilə cavab verməyə davam edir:
“Şəhidlərimiz, yaralılarımız var. Xəsarət alanlara baş çəkir, tədbirlər görürük. Nazirimiz prosesi əvvəldən axıra qədər izləyir. O, hadisə yerinə gələcək. Türkiyə Silahlı Qüvvələri böyük qüvvə ilə cavab verir, atışma davam edir. Prosesi bir qədər səbirlə izləməliyik. Yaralılardan ikisinin vəziyyəti ağırdır".
Nigar Cəfərli,
Musavat.com
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ