İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! TƏCİLİ ÇAĞIRIŞ - Asiya regionu təhlükədədir, əgər bu davam etsə...

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Şimali Koreyanın son raket sınaqlarını müzakirə etmək üçün iclas keçirib.

Musavat.com xəbər verir ki, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild üzv dövlətlərin nümayəndələri qarşısında çıxışında ABŞ-ın Şimali Koreyanın fevralın 18-də və 19-da həyata keçirdiyi raket sınaqlarını kəskin şəkildə pislədiyini bildirib.

Şimali Koreyanın raket sınaqlarını pisləyən BMT Təhlükəsizlik Şurası bəyanatı dərc etməyə çağıran Qrinfild deyib ki, şuranın birgə cavab verməməsi Pxenyanı sabitliyi pozan raket sınaqlarını qorxmadan davam etdirməyə təşviq edib.

“Şimali Koreyanı həyata keçirdikləri raket sınaqlarının nəticələrindən qoruyanlar Asiya regionunu və bütün dünyanı münaqişə riski qarşısında qoyurlar”, - o bildirib.

Qrinfild Şuranın daimi üzvləri olan Çin və Rusiyaya işarə edərək deyib: "İki üzv dövlət şuranın mandatını yerinə yetirməsinə mane olmağa davam edərsə, Şimali Koreya meydan oxuyaraq yeni silah sınaqlarını davam etdirəcək. Şuranın hərəkətə keçməməsi utancverici və təhlükəlidir".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası keçən il Şimali Koreyadan gələn təhlükəsizlik təhdidini müzakirə etmək üçün 10 iclas keçirmişdi. Bütün görüşlər şuranın veto hüququna malik daimi üzvləri olan Çin və Rusiya səbəbindən nəticəsiz qalmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR