İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Tanınmış şair vəfat etdi

Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq Simax Şeyda bu gün – fevralın 12-də Almaniyanın Münhen şəhərində vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dağ Yəhudiləri Dini İcması məlumat yayıb.

İcma şairin vəfatı ilə bağlı başsağlığı verib.

Simax Yuşbayev 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.

Simax Şeydanın “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Azərbaycan” qəzetlərində və “Göyərçin” jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün qələmə aldığı mənzum pyeslər oxucular tərəfindən rəğbətlə qarşılanıb. Simax Şeydanın “Təyyarə”, Mən balaca kosmanavtam”, “Yaxşı qız”, “Tülkü-tülkü-tünbəki”, “Nəğməli meşə”, son illər yazdığı “Kimin belə qızı var”, Nağıl istəyən qız”, “Yoxdur belə nənədən”, “Qızım qızlar içində”, “Topçu Həsən” və s. kitabları kütləvi tirajla işıq üzü görüb. Yazıçın bu günə kimi 24 kitabı işıq üzü görüb. Əsərlərini iki dildə – həm Azərbaycan türkcəsində, həm də dağ yəhudilərinin dilində yazıb. Azərbaycan klassik ədəbiyyatını dağ yəhudilərinin dilinə tərcümə edib və bütün dünyaya yayılmasına çalışıb. Tərcümələri Amerikada, Kanadada nəşr edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR