İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan dron HÜCUMU: Rusiyanın əsas terminalı fəaliyyətini DAYANDIRDI

Avqustun 24-də Ust-Luqa limanında baş verən dron hücumu nəticəsində "Novatek" şirkətinə məxsus qaz kondensatı emal kompleksi fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, kompleksdə kerosin və mazut istehsal olunur.

Mənbələrin məlumatına görə, ilin ilk yarısında 4,2 milyon ton qaz kondensatı emal edən zavodda üç aqreqatdan (parçalayıcılardan) biri sıradan çıxıb. Digər mənbələr PUA qalıqlarının zavod ərazisinə düşməsi və yanğın nəticəsində iki splitterin zədələndiyini qeyd edirlər.

“Yanğın səbəbindən bazar günü bütün kompleks fəaliyyətini dayandırıb. Emalın nə zaman və hansı həcmdə bərpa olunacağı hələ məlum deyil”, – mənbə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR