İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ŞOK nüvə müharibəsi XƏBƏRDARLIĞI - Mayın 15-dək...

Ukraynaya məxsus bomba yüklü pilotsuz təyyarələr dünən səhər saatlarında Sevastopol bazasında minlərlə ton yanacaq çənini məhv edərək Rusiya Qara dəniz donanmasına böyük zərbə vurub.

Musavat.com xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski əks hücumun ilk hədəfinin Krım olacağını açıqlayıb.

Hücumdan 24 saat əvvəl Krımla bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov quruda, havada və dənizdə bütün lazımi təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə alındığını bildirib.

Sevastopol qubernatoru Mixail Razvajayev yanacaq çənlərinin yerləşdiyi Qazax körfəzinə hücum edildiyini etiraf edib: “Səhər saatlarında partlayıcılarla yüklənmiş bir neçə Ukrayna pilotsuz təyyarəsi bazaya yaxınlaşaraq yanacaq çənlərimizi vurub. Bölgədə dördüncü ən yüksək dərəcəli yanğın başlayıb. Bütün yanğın bölmələri yanğının söndürülməsində iştirak edib. Can itkisi olmayıb”.

630d95234e3fe1006cf91b1c (1).jpg (85 KB)

Ukrayna hərbi kəşfiyyat xidmətinin rəhbəri Andrey Yusov da hücumla bağlı açıqlama verib: “Sevastopol yaxınlığında yerləşən Qazax körfəzindəki obyektdə 10 yanacaq çənini məhv etdik. Rusiya tərəfi dəniz gəmiləri üçün istifadə etmək niyyətində olduğu təqribən 40 min ton yanacağı itirib. Əməliyyata ötən gün rusların Uman şəhərinə atdığı raketlə öldürülən 5 uşağın intiqamı kimi baxa bilərsiniz".

Digər tərəfdən, Rusiyanın Ukrayna ilə sərhədindəki Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın artilleriya hücumları nəticəsində enerji nəqli infrastrukturunun zədələndiyini, sərhəddəki 5 rus kəndinin işıqsız qaldığını açıqlayıb. Qladkov hücumlarda itkilərin olmadığını bildirib.

Ukraynanın Sevastopol bazasına hücumu hərbi ekspertlər tərəfindən Rusiya tərəfinin mühüm müdafiə zəifliyi kimi şərh edilib.

Analitiklər Ukraynanın əks hücuma hazırlaşmaq üçün 30 minə yaxın pilotsuz təyyarəni hazır vəziyyətə gətirdiyini xatırladır: “6 pilotsuz uçuş aparatı Rusiya tərəfinə bu qədər böyük ziyan vurursa, böyük hücum başlayanda 30 min PUA Krım yarımadasını məhv edəcək. Görünür, Kiyev administrasiyası partlayıcı maddələr daşıya bilən hər cür dronlarla kütləvi hücuma keçməyi planlaşdırır. Pilotsuz təyyarələr ərazini təmizlədikdən sonra Leopard tankları və piyada bölmələri işə düşəcək”.

644dba214e3fe11aac16abcb (1).jpg (93 KB)

Krımda Rusiya hərbi-dəniz bazasına hücum olan gün Ukrayna prezidenti Volodimir Zelenski yeni açıqlama verib. Finlandiyada çıxan “Yle” qəzetinə danışan Zelenski deyib ki, yaxın vaxtlarda başlayacaq əks-hücum, çox güman ki, müharibəni bitirməyəcək: "Ancaq düşünürəm ki, bu, 2014-cü ildən Rusiyanın işğalı altında olan Krım yarımadasını xilas etməyə imkan verəcək. Ordumuz Krımı geri almaq əzmindədir. Əgər Qərb müttəfiqlərimiz tam silah dəstəyi versələr, biz 1991-ci ildə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmağı planlaşdırırıq”.

Ukraynanın planlaşdırdığı əks-hücumla bağlı Rusiyadakı muzdlu “Vaqner” ordusunun rəisi Yevgeni Priqojin də məlumat verib. Priqojin bəyan edib ki, Ukraynanın əməliyyatının mayın 15-dək başlamasını gözləyirlər.

Amerikanın “New York Times” (NYT) nəşri isə həyəcanı artıran xəbər dərc edib. NYT Pentaqon rəsmilərinə istinadən yazıb:

“Rusiyanın Ukrayna müharibəsində taktiki nüvə silahı istifadə etmə ehtimalını nəzərə alaraq, ABŞ Ukraynada nüvə bombasının nə vaxt partladığını təsbit edəcək cihazlar quraşdırmağa başlayıb. Ukraynaya ən kiçik nüvə bombası atılsa belə, dərhal qeydə alınacaq və Rusiyaya cavab veriləcək”, - deyə o yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR