İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! SEPAH hədəf alındı - Ölənlər var

ABŞ Suriyanın şərqindəki İran silahlı qüvvələrini hədəfə alır.

Musavat.com xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, bazar günü gecə ABŞ hava hücumları Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus əraziləri hədəf alıb.

Fox News-un müxbiri Cennifer Qriffinin sözlərinə görə, ABŞ-ın Suriyanın şərqinə hücumu zamanı 6-7 iranpərəst döyüşçü öldürülüb. Qriffin Pentaqondakı mənbəyə istinadən bildirib ki, iki partlayışdan birində İranın təhlükəsiz evinə zərbə endirilib.

Hücumlardan birinin Deyr əz-Zor əyalətindəki Albu Kamalın qərbində iranpərəst milislərin idarə etdiyi düşərgəyə, digərinin isə İraq sərhədinə yaxın olan Mayadin şəhəri yaxınlığına edildiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR