İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyadan ŞOK HƏMLƏ - 51 gündən sonra İLK DƏFƏ

Rusiya qoşunları bu gün səhər saatlarında Ukraynanın bir sıra şəhərlərinə, o cümlədən Kiyevə hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, hücumlarda 8 nəfər ölüb, 17 nəfər yaralanıb. Dnepr meri Boris Filatovun sözlərinə görə, şəhərdə bir qadın və onun üç yaşlı qızı ölüb. Umanda yerli hakimiyyət orqanları raketlərin bəzi binaları vurması nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. “İnterfaks” agentliyinin məlumatına görə, Kremençuk və Poltava şəhərlərində də partlayışlar olub.

644b7544c03c0e07f485696a.jpg (95 KB)

Ukrayna rəsmiləri paytaxt Kiyevə atılan 23 raketdən 21-nin və iki silahlı təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib. Düşən raketlər və pilotsuz uçuş aparatlarının hissələri bir məhəllədə elektrik xətlərinə və yola ziyan vurub.

Hərbi rəsmilər Kiyevin son 51 gündə ilk dəfə raket hücumunun hədəfinə çevrildiyini qeyd ediblər. Şəhərdə ölən və ya yaralananların olub-olmadığı hələ məlum deyil.

Ukrayna prezidenti Volodimir Zelenski hücumlardan sonra verdiyi açıqlamada dünyanı Rusiyaya qarşı qlobal sanksiyaları gücləndirməyə çağırıb.

644b7558c03c0e07f485696d.jpg (68 KB)

"Rus terroru ilə daha bir gecə. Umanda 10 ev və bir məhəllə tamamilə dağıldı. Rusiya şərinin qarşısı qlobal sanksiyalarla alına bilər” - o deyib.

Qeyd edək ki, Rusiyanın hava hücumları Ukraynanın Qərb ölkələrinin verdiyi yeni tanklar və digər silahlarla əks-hücuma hazırlaşması barədə xəbərlərin artdığı bir vaxtda həyata keçirilib. Ukrayna rəsmiləri deyirlər ki, Rusiya qış əməliyyatında irəliləyiş əldə etməkdə çətinlik çəkir. Rusiya qüvvələri 10 aydır Baxmut şəhərini nəzarət altına almağa çalışır.

644b767fc03c0e07f4856971.jpg (120 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR