İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya istədiyinə nail ola bilmədi - Hücumun qarşısı alındı

Rusiyanın Ukraynaya aviazərbələri davam edir. Ukrayna ordusundan verilən açıqlamada gecə saatlarında Rusiyanın atdığı 18 raketdən 15-nin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Musavat.com xəbər verir ki, raket hücumları zamanı paytaxt Kiyevin hədəfə alındığı, lakin heç bir can itkisinin və infrastruktura zərərin olmadığı qeyd edilib.

Səlahiyyətlilər Kiyev bölgəsinə raket hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.

Dnepr Regional Şurasının sədri Nikolay Lukaşuk da hava hücumundan müdafiə sistemlərinin Rusiyanın 7 raketini məhv etdiyini və 25 nəfərin yaralandığını bildirib.

Dnepropetrovsk vilayətinin Pavlohrad şəhərinin gecə ərzində iki dəfə hədəfə alındığını qeyd edən Lukaşuk bir sənaye müəssisəsi, 19 mənzil və 25 binaya ziyan dəydiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR