İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rəsmən elan etdilər: "Şimali Koreya ilə dialoqa açığıq"

Cənubi Koreya prezidenti Yun Suk-Yeol 6 günlük səfəri çərçivəsində ABŞ-dakı təmaslarını davam etdirir. ABŞ Konqresində çıxış edən Yun Şimali Koreya ilə nüvə mübahisələri və Rusiya-Ukrayna müharibəsindən danışıb.

Musavat.com xəbər verir ki, Şimali Koreyanın hərbi təxribatlarını pisləyən Yun Cənubi Koreyanın Pxenyana qətiyyətlə cavab verəcəklərini, lakin Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı dialoq üçün qapını açıq saxlayacağını vurğulayıb.

ABŞ prezidenti Co Baydenlə “genişləndirilmiş çəkindirmə” siyasətini gücləndirmək üçün razılaşdıqlarını xatırladan Yun Cənubi Koreya-ABŞ-Yaponiya arasında üçtərəfli təhlükəsizlik əməkdaşlığının, eləcə də Vaşinqton-Seul əməkdaşlığının artırılmasının lazım olduğunu bildirib.

O, Şimali Koreyanın nüvə silahı proqramı və raket sınaqlarının Koreya yarımadasında və onun hüdudlarından kənarda sülhə ciddi təhlükə yaratdığının vurğulayıb:

“Şimali Koreyanı hərəkətlərindən çəkindirmək üçün ittifaq qətiyyətlə birləşməlidir. Bu ölkənin nüvə silahı və raket proqramı ölkə əhalisini ciddi iqtisadi böhrana sürükləyir. Biz Şimali Koreyada insan hüquqlarının pozulması ilə bağlı qlobal məlumatlılığı artırmalıyıq”.

Cənubi Koreya prezidenti Rusiya-Ukrayna müharibəsini şərh edərkən Rusiyanın Ukraynaya təcavüzünü kəskin şəkildə pisləyib. O, müharibəni “beynəlxalq hüququn pozulması və status-kvonu birtərəfli qaydada güc yolu ilə dəyişdirmək cəhdi” kimi qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR