İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Qarabağ separatçıları HƏRƏKƏTƏ keçir: saat 20:00-da...

Özünü Qarabağ separatçılarının lideri elan edən Araik Arutyunyanın 1 həftəlik “oturaq tətili” başa çatır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli “Hraparak” qəzetində yazı dərc olunub.

Qəzetin yazdığına görə, separatçılar bu gündən sərt mübarizə üsullarına keçirlər.

Məlumata əsasən, bu gün saat 20:00-da Xankəndinin Dirçəliş meydanında və İrəvanın Azadlıq meydanında eyni vaxtda etiraz aksiyaları keçiriləcək. Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan yerli ermənilərin Qarabağın Azərbaycanın tərkib hissəsində ola bilməyəcəyi ilə bağlı etirazlarını bildirəcəyini söyləyib. Xankəndidəki mitinqə bu dəfə də “dövlət naziri” rəhbərlik edəcək. Maraqlıdır ki, məhz bu adam Azərbaycan rəsmiləri ilə ilk danışıqlara erməni icmasının təmsilçisi kimi göndərilmişdi.

Qeyd edək ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü baş tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR