İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin TƏCİLİ ƏMR verdi, ABŞ hərəkətə keçdi - İLK DƏFƏ...

ABŞ uzun müddətdir üzərində işlədiyi yeni hipersəs raketini sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bunun ilk əməliyyat sınağı olduğunu vurğulayaraq, B-52 bombardmançı təyyarəsindən atılan raketin səsdən 5 dəfə daha sürətli hərəkət etdiyini açıqlayıb.

Üç ildir bir sıra uğursuz sınaqlara imza atan ABŞ Rusiya və Çindən sonra bu silaha sahib olduğunu dünyaya bəyan edib. Hərbi analitiklər, sözügedən sınaqın həmin ölkələrə bir mesaj olduğunu vurğuladılar.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ilin sonuna qədər hipersəsli “Satan-2” nüvə raketinin ikinci sınağına dair təcili göstəriş verib.

Putinin tapşırığından sonra ABŞ öz donanmasına aid yeni hazırlanmış döyüş gəmilərinin nüvə silahı potensialının artırılmasına dair tənzimləmə edib.

6397fea04e3fe02718a5bc81.jpg (46 KB)

Dünyanın o biri tərəfindəki hədəfləri vura bilən Rusiyanın ölümcül silahı olan RS-28 Sarmat raketi İngiltərənin paytaxtı Londona da çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə sahib dğvlətə çevrilir. ABŞ mətbuatının yazdığına görə, hətta Amerika da raketin məsafəsi daxilindədir.

ABŞ Kosmik Qüvvələrinin Əməliyyatlar üzrə vitse-prezidenti, general Devid Tompson Çinin artan hərbi kosmik potensialı ilə bağlı etiraf kimi açıqlamalar verib.

Çinin kosmosda ilk zərbə qabiliyyətinə malik olub-olmaması ilə bağlı suala Tompsonun cavabı “potensial var” olub.

“2020-ci illərin sonuna kimi onların kosmosda lider olmalarının proqnozlaşdırıla bilən bir nəticə olduğunu düşünmürəm, lakin onlar inanılmaz sürətlə irəliləyirlər” - Devid Tompson deyib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR