İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin Proqojindən belə QİSAS alacaq - ŞOK DETALLAR

Rusiya lideri Vladimir Putin “Vaqner” muzdlu şirkətinin rəhbəri Yevgeni Proqojinlə nə edəcəyini düşünərkən zaman qazanmağa çalışır.

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Burns deyib.

Burns qeyd edib ki, Priqojin və “Vaqner” döyüşçülərinin iyunun sonunda həyata keçirdikləri qısamüddətli silahlı üsyan Putinin qurduğu güc sistemində əhəmiyyətli zəiflikləri nümayiş etdirir.

Aspen Təhlükəsizlik Forumunda çıxış edən MKİ direktoru vurğulayıb ki, Rusiya lideri hələ də Priqojindən qisas almaq istəyir. O, həmçinin Putinin qisas almaq üçün gözləyə biləcəyini deyib:

“Bu, hazırda gördüyümüz çox mürəkkəb rəqsdir. Putin Proqojinlə nə edəcəyini düşünərkən, vaxt qazanmağa çalışır. Putin, ümumiyyətlə, intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir. Mənim təcrübəmə görə, Putin intiqamçıdır və Priqojini cəzadan xilas etsə, təəccüblənərdim”.

Xatırladaq ki, iyunun 23-də Rusiyada muzdlu hərbi qrup olan “Vaqner” ölkə rəhbərliyinə üsyan edərək dövlət çevrilişinə cəhd göstərib. 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən "Vaqner"lə rəsmi Moskva Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə razılığa gəliblər. Priqojin "rus qanını tökməmək üçün" geri çəkildiklərini açıqlayıb.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR