İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin Ərdoğanın bu təklifini qəbul etdi

“Ərdoğanla anlaşdıq ki, görüşəcəyik. Ya o bizə gələcək, ya da mən onun yanına gedəcəm”.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitindən sonra Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında deyib.

Putin xatırladıb ki, Ərdoğan onu seçkilərdən əvvəl Türkiyəyə dəvət edib:

“Lakin səfərin daxili siyasi proseslərə təsir cəhdi kimi qəbul edilə biləcəyi və heç kəsin spekulyasiya etməməsi üçün bu səfərdən imtina edildi”.

Bununla belə, Rusiya lideri Ərdoğanla görüş keçirəcəklərini vurğulayıb.

Qeyd edək ki, “The Wall Street Journal”ın məlumatına görə, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək cəhdlərinə məhəl qoymayıb və hətta onunla telefon danışığından imtina edib.

Putin Türkiyədə yaradılması planlaşdırılan qazpaylama mərkəzindən də danışıb. O bu planın hələ də Rusiyanın gündəmində olduğunu qeyd edib:

“Qazpaylayıcı mərkəz məsələsi gündəmdə qalır. Lakin qaz anbarlarda saxlanmayacaq, bu mərkəz yalnız elektron ticarət platforması kimi fəaliyyət göstərəcək”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR