İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışdı

"Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır".

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin Rusiya Federasiyasına yeni təyin olunmuş səfirləri ilə görüşündə deyib.

"Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq", - Putin bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR