İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: Paşinyana qarşı qəbristanlıq aksiyası - VİDEO

44 günlük müharibədə Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni hərbçilərin yaxınları əvvəlcədən elan etdikləri kimi, İrəvandakı Erablur panteonuna toplaşıblar.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. 26 sentyabr, saat 23.00-dan etibarən panteonda növbətçiliyə başlayan etirazçıların məqsədi baş nazir Nikol Paşinyanı və digər hökumət nümayəndələrini buraya buraxmamaqdır. Aksiya iştirakçıları hesab edirlər ki, hakimiyyətlə aktiv mübarizə aparmaq lazımdır. İlk addım kimi Paşinyan və digərlərini Erablur panteonunu ziyarətdən məhrum etməyi zəruri sayırlar.

“Şərəfim var” fraksiyasının deputatlatı və Respublika partiyasının üzvləri də etirazçıların arasındadır.

Qeyd edək ki, 21 sentyabrda, Müstəqillik günü münasibətilə Paşinyan çətinliklə Erablura gələ bilmiş, bu zaman polis xeyli etirazçını saxlamış və ya döymüşdü.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR