İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Paşinyan Qarabağdan ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı ƏMR ETDİ

“Paşinyan Qarabağdan ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı əmr edib”

Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonundakı RMK-nın müvəqqəti məsuliyyət zonasından ağır hərbi texnikanın “böyük” partiyasını çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak”ın İrəvan nəşri yazır.

“Qarabağdakı mənbələrimizdən öyrəndik ki, Paşinyan İlham Əliyevin növbəti tələbini yerinə yetirərək, Əliyevə silahlanmadığını sübut etmək üçün Qarabağdan ağır hərbi texnikanın böyük partiyasını geri çəkməyi tapşırıb”, – deyə erməni nəşri yazır.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR