İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Pakistan İrana raket zərbəsi endirdi - 7 nəfər öldü

Pakistan Hərbi Hava Qüvvələri İranın Saravan şəhərində yerləşən obyektə zərbəsi endirib.

Musavat.com xəbər verir ki, raketin düşdüyü ərazidə yanğın baş verib.

Məlumata görə, Pakistanın hədəfi İslamabadın axtardığı terrorçu liderlərdən biri olub.

Qeyd edək ki, Pakistan ordusunun atdığı raket Pancur şəhərindən 200 km aralıda yerləşib. Baş verən partlayışlar nəticəsində 7 nəfər həlak olub. Onlardan 3-ü qadın və 4-ü uşaq olduğu bildirilir.

Məlumat üçün onu da bildirək ki, İran bir gün əvvəl Pakistanın Bəlucistan əyalətindəki hərbi hissəyə dronla hücum etmişdi.

Musavat.com

@@TVmusavat/77136@@

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR