İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Operativ Qərargah TƏCİLİ məlumat yaydı

Azərbaycanda gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 1 nəfər sağalıb, daha bir nəfər isə dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 961 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 665 nəfər müalicə olunaraq sağalıb, hazırda 11 aktiv xəstə var. Bu günə qədər 10 285 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 495, bu günə qədər isə ümumilikdə 7 650 864 test icra olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR