İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Operativ Qərargah təcili məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 165 nəfər müalicə olunaraq sağalıb, hazırda 442 aktiv xəstə var. Bu günə qədər 9931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2141, bu günə qədər isə ümumilikdə 7 286 811 test icra olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR