İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Nüvə gərginliyi ARTIR - Psixoloji müharibə BAŞLADI

Rusiya ilə ABŞ arasında indi də "psixoloji nüvə müharibəsi" başlayıb.

Musavat.com xəbər verir ki, Rusiya martın 1-də “START-3” nüvə silahlarına nəzarət sazişini birtərəfli qaydada dayandırdığını rəsmən elan etdikdən sonra ABŞ administrasiyası Moskvaya qarşı qisas əməliyyatı üçün hərəkətə keçib.

ABŞ Dövlət Departamentinin dünən yayda bəyanatda deyilir:

“Nüvə silahlarına nəzarət razılaşmasını dayandıran Rusiyanı masaya qaytarmaq üçün əks addımlar atmalıyıq. Bundan sonra biz hər altı aydan bir START-3 razılaşmasına əsasən, əlimizdə olan nüvə başlıqları ilə bağlı Rusiya tərəfinə hesabat göndərməyəcəyik”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə qarşı tərəfə belə cavab verib:

“ABŞ-a vacib bir xatırlatma etmək istəyirik. START-3 Nüvə Silahlarına Nəzarət Müqaviləsi ABŞ deyil, Rusiya tərəfindən dayandırılıb. ABŞ-dan tələb olunur ki, imzaladığı müqaviləyə uyğun olaraq bizə nüvə silahı ilə bağlı hərtərəfli hesabatlar təqdim etməyə davam etsin. Əks halda, biz onları müqavilədən çıxmış hesab edəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR