İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın Kral Opera Evi İsraildə planlaşdırılan tamaşanı ləğv etdi  

London “Covent Garden” Kral Opera Evi İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq 2026-cı ildə Tel-Əvivdəki İsrail Operasında Cakomo Puççininin "Toska" tamaşasını ləğv edib.

Musavat.com xəbər verir ki, məlumatı “The Guardian” qəzeti London teatrının baş icraçı direktoru Aleks Beard-a istinadən yayıb.

Qeyd olunur ki, qərar 200-ə yaxın əməkdaşın Qəzzadakı münaqişə ilə bağlı teatr rəhbərliyinin mövqeyini tənqid edən müraciəti imzalamasından sonra verilib. Xüsusilə yaradıcı heyət İsrail Müdafiə Qüvvələrinə açıq dəstək verən İsrail Operasına “Turandot” operasının qoyuluşu üçün rekvizitlərin verilməsini qəbuledilməz addım hesab edib. Beard müraciətə cavab olaraq Tel-Əvivdə “Toska”nın oynanılmasının ləğv edildiyini açıqlayıb.

İyulun 19-da Covent Garden rəssamı Daniel Perri Cüzeppe Verdinin “İl Trovatore” operasından sonra səhnəyə Fələstin bayrağı qaldırıb. Bundan sonra bədii rəhbər Oliver Mers Perrinin daha Kral Teatrında işləməyəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR