İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Mövqelərimiz atəşə tutuldu - Ermənilərə sarsıdıcı zərbə endirildi

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR