İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Moskva ciddi ziyanla ÜZ-ÜZƏ - Aİ ölkələri Rusiyaya qarşı razılığa gəldi

Avropa İttifaqına (Aİ) üzv dövlətlər təxminən 10 aydır Ukraynaya hücumları davam etdirən Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi ilə bağlı razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Aİ-nin dönəm prezidenti Çexiyanın rəsmi sosial media hesabında paylaşılıb. 

Məlumatda bildirilir ki, üzv dövlətlər Aİ-nin Ukraynaya davamlı dəstəyinin bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər.

Yeni sanksiyalar paketinin təsdiq prosesinin bu gün yazılı prosedurla tamamlanacağı qeyd olunub. Sanksiya paketinin məzmunu hələlik ictimaiyyətlə paylaşılmayıb.

Xatırladaq ki, daha əvvəl Aİ-nin yeni sanksiyalarının Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 169 şirkət və fiziki şəxsi əhatə edə biləcəyi bildirilirdi. Bundan başqa, məhdudiyyətlər 144 fiziki şəxsə, o cümlədən tanınmış şəxslərə, teleaparıcılara və bloggerlərə şamil edilə bilər.

Moskvanın gəlirlərini azaltmaq üçün Rusiya Regional İnkişaf Bankı ilə əməliyyatlara qadağa da daxil olmaqla, 3 Rusiya bankına qarşı sanksiyaların tətbiqi də təklif edilib. Bundan başqa, ikili təyinatlı məhsulların ixracına məhdudiyyətlər qoymaq və Rusiyanın bütün növ pilotsuz uçuş aparatlarına (PUA) çıxışının qarşısını almaq üçün PUA mühərriklərinin birbaşa Rusiyaya və bu ölkəni PUA ilə təmin edən İran kimi üçüncü ölkələrə ixracına qadağa qoyulması, həmçinin Rusiyada yeni mədən investisiyalarının qadağan edilməsi təklif edilib.

Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqının bu qərarından sonra məsələ ilə bağlı açıqlama verib. O, Moskvanın cavab vermədən əvvəl paketin detallarını araşdıracağını bildirib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR