İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Krımda partlayış - Rusiyanın bir neçə hərbi gəmisi məhv edildi

Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib.

Bildirilib ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.

Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının "Moskva" hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan "Admiral Makarov" freqatı da məhv edilənlər sırasındadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR