İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İsraildə TERROR: Avtomobili insanların üzərinə sürdü: Xeyli sayda yaralı var

İsraildə avtomobil avtobus dayanacağında insanların üzərinə keçib.

Musavat.com bu barədə İsrail mediasına istinadən xəbər verir. 

Belə ki, sürücü avtomobilini avtobus dayanacağında dayanan insanların üzərinə sürüb. Hadisə nəticəsində ən azı 10 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır.

Polis hadisəni terror aktı kimi qiymətləndirib.

Polis çevik reaksiya verib və hücumçunu yerindəcə məhv edib.

Terrorçunun son illər İsraildə qeyri-qanuni yaşayan Ceninli ərəb 53 yaşlı Cəmil Zuid olduğu üzə çıxıb.

O, Umm əl-Fəhmdə yaşayan ərəb İsrail vətəndaşı ilə evlidir və övladları da İsrail vətəndaşıdır.

@@TVmusavat/109408@@

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR