İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İşlər tamamlandı - Türkiyə-Ermənistan gömrüyü açılmaq üzrə

Türkiyə-Ermənistan sərhədində yerləşən Marqara gömrük-keçid məntəqəsində aktiv tikinti işləri aparılır və bu yaxınlarda başa çatdırılacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyulun 20-də jurnalistlərlə söhbətində Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bildirib.

Badasyan konkret tarix deyə bilməyəcəyini söyləyib. Qurum rəsmisi rəhbərlik etdiyi idarənin vəzifəsinin keçid məntəqəsində gömrük nəzarətinin lazımi qaydada həyata keçirilməsi üçün şərait yaratmaqdan ibarət olduğunu deyib.

Badasyan bununla bağlı maliyyələşdirmənin dövlət büdcəsi hesabına həyata keçirilicəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, ümumilikdə Türkiyə-Ermənistan sərhədində birmərtəbəli xidmət zalı, yüklərin rəsmiləşdirilməsi üçün iki kabinə, növbənin istirahəti üçün iki kabinə, gömrük baxışı binası, avtodayanacaqlar, daxili yollar, iki keçid məntəqəsi və anbar tikintisi nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR