İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İrandan QAÇIŞ başladı, dəhşətli qətllər var - CANLI

İran rəsmiləri ölkədən qaçır. Ölkə rəsmilərinin ailələri Londona sığınmağa cəhd edirlər. Britaniya parlamenti üzvləri İrandakı vəziyyət barədə ötən gün parlamentdə İran xalqının molla rejiminə qarşı hazırkı etirazlar məsələsi ilə bağlı “təcili sual” qaldırıblar. Britaniya parlamentinin üzvü Bob Stüart parlamentdə iştirak edən xarici işlər nazirinin müavininə İslam Respublikası rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual verib.

Stüart görüşdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsindən parlamenti "Londonun İran rejiminin misionerlərinin sığınacaq məkanına çevrilməyəcəyi barədə arxayın sala biləcəkmi" soruşub. Bu nümayəndə həm də "Böyük Britaniyada İranyönlü platformaların təmin edilməsinə" xərcləndiyini söylədiyi pullara nəzarət etməyi istəyib.

İranda mitinqlər zamanı iki SEPAH zabiti həlak olub. Onların Tehran və Məlayer şəhərlərində öldürüldüyü deyilir. İranda etiraz aksiyalarının 40-cı günündə kütləvi nümayişlərə çağırışlara cavab olaraq, İranın əksər şəhərlərində İslam Respublikası rejiminin devrilməsi tələbi ilə etiraz aksiyaları keçirilib.


TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində Bütöv Azərbaycan Platforması İdarə Heyətinin sədri Bəhram İsmayılovla İran və Rusiyanın təhdidlərini müzakirə edirik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR