Onlayn ictimai-siyasi qəzet
İranın cənub-şərqində 4,5 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin seysmoloji mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri ölkənin Kirman ostanının Şəhdad şəhristanından 24 km aralıda olub. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib.
Ostanın mərkəzi Kirman şəhərinin əhalisi də yeraltı təkanları hiss edib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. (Report)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ