İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İrana NÜVƏ SİLAHI atılır - Rəsmi məlumat əldə edildi - ŞOK DETAL

Tramp administrasiyası İrana qarşı nüvə silahından istifadə etməyi düşünür.

Musavat.com xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, ABŞ ordusu İranın dağlar altında qorunan Fordo nüvə obyektini məhv etmək üçün nüvə silahından istifadə etməyi düşünür, çünki bunker bombaları kifayət etməyəcək.

Qəzetə danışan iki ABŞ müdafiə rəsmisi raketlərin çata bilmədiyi dağın dərinliklərindəki obyektə yalnız taktiki nüvə silahlarının çata biləcəyini bildirib.

“The Guardian” yazıb ki, prezident Donald Tramp hələ nüvə silahından istifadə etməyi düşünməyib. Lakin Trampa yaxınlığı ilə tanınan Fox News bu iddianı təkzib edib və Trampın nüvə silahından istifadə etməyi düşündüyünü bildirib.

Fox News müxbiri Jaqui Heinrich cümə axşamı Ağ Evdən aldığı məlumatları paylaşıb.

"Ağ Evin yüksək rütbəli rəsmisi mənə dedi ki, bu xəbər doğru deyil. Heç bir variant (nüvə silahı da daxil olmaqla) gözdən çıxarılmayıb. Lakin ABŞ ordusu adi bunker bombalarının Fordodakı missiya üçün kifayət edəcəyinə çox əmindir", - Haynrix deyib.

Belə bir addımın çox sayda mülki vətəndaşın ölümünə, bölgənin uzun illər zəhərlənməsinə və beynəlxalq böhranın daha da dərinləşməsinə səbəb olacağı bildirilir.

 

Onu da qeyd edək ki, Donald Tramp İsrail və İran arasında artan gərginlikdə ABŞ-nin hansı rol oynayacağına dair qərarın yaxın iki həftə ərzində veriləcəyini bildirib.

İranla sıx əlaqələri olan Rusiya Vaşinqtona İsrailə hərbi dəstək verməməsi ilə bağlı sərt xəbərdarlıq edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR