İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Güclü küləklə bağlı Bakı məktəblərinin rəhbərlərinə tapşırıqlar verildi

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.

Bu barədə idarədən bildirilib.

Qeyd olunub ki, müvafiq mütəxəssislər ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verib: "Bu gün İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR