İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənistanla bağlı ŞOK QƏRAR - Onları yeni “şapalaq” gözləyir...

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanda səlahiyyətlərinə xitam verilmiş 7 hakimin şikayəti üzrə diqqətçəkən qərar qəbul edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” məlumat yayıb.

“Vaxtilə səlahiyyətlərinə eyni vaxtda xitam verilmiş 7 hakim - Aleksey Sokoyan, Zarui Naxşkaryan, Anna Pilosyan, Suren Antonyan və başqaları AİHM-ə müraciət edib. Maraqlıdır ki, bütün hakimlərin işləri birləşdirilərək bir prosesdə baxılacaq. Yəni AİHM-in bu məsələdə hüquq pozuntusunun meydana gəldiyini düşünür və səlahiyyətlərinə xitam verilmiş hakimlərin işinə prioritet qaydada gözdən keçiriləcək. Bu, onu deməyə əsas verir ki, Ermənistan Ali Məhkəmə Şurasını yeni “şapalaq” gözləyir. Yeri gəlmişkən, gələn məlumata görə, AİHM bütün bunlar barədə Ali Məhkəməyə məlumat verib”, - deyə qəzet yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR