Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlarından Tavuş sakinləri Azərbaycana təhvil verilməsi planlaşdırılan Kirants kəndinin körpüsünə toplaşıblar.
Musavat.com "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Kirants sakinlərindən birinin sözlərinə görə, bu gün ərazinin minalardan təmizlənməsi prosesi və digər delimitasiya işləri aparılacaq və kənd sakinləri bunun qarşısını almaq məqsədilə Kirants-Açarkut-Voskepar yolunu bağlı saxlamaqda davam edirlər.
"Sputnik Ermənistan" yazır ki, dərc olunan xəritələrə görə, Kirants körpüsü kəndin kadastr balansında olsa da, Azərbaycana təhvil veriləcək.
Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ