İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğanın təklifinə Putindən cavab gəldi - 3 ölkə birlikdə...

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bəyan edib ki, Moskva administrasiyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə, Suriya və Rusiya liderləri arasında üçtərəfli görüş keçirmək ideyasına “son dərəcə müsbət” baxır.

Musavat.com xəbər verir ki, Rusiya mətbuatı da Ərdoğanın təklifinin müsbət qarşılandığını yazıb.

RİA Novosti xəbər agentliyi üç ölkənin liderləri arasında sammitin olub-olmayacağının dəqiq olmadığını, lakin Moskvanın Dəməşqlə əlaqə saxladığını bildirib.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə verdiyi açıqlamada Suriya-Türkiyə-Rusiya üçlüyü olaraq birgə addım atmaq istədiklərini bildirib:

"Bunun üçün əvvəlcə kəşfiyyat təşkilatlarımız, sonra isə müdafiə və xarici işlər nazirlərimiz bir araya gəlsin. Onların danışıqlarından sonra lider olaraq görüşək. Mən bunu cənab Putinə də təklif etdim. O da buna müsbət qarşıladı. Beləliklə, biz bir sıra danışıqlara başlamış olacağıq”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR