İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğan ELAN ETDİ: "Məsuliyyəti üzərimizə götürməyə hazırıq"

"Biz İsrailin müharibə cinayəti təşkil edən hücumlarını qəbul etmirik. Xəstəxanalar, ibadət yerləri, məktəblər kimi yerləri hədəfə alıb, insanları köçə məcbur etmək barbarlıqdır".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdə həmkarı Əbdülməcid Tebbun ilə keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, Türkiyə üçün prioritet məsələ atəşkəs və regiona humanitar yardımın çatdırılmasıdır.

"Biz prosesə lazımi töhfəni təklif edirik. İndi Fələstin dövlətinin yaradılması qaçılmazdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Ədalətli sülh üçün bölgə dövlətləri ilə qarant ölkə kimi məsuliyyəti öz üzərimizə götürməyə hazır olduğumuzu bəyan etdik. Biz Əlcəzairlə 13 sənədə imza atdıq. Türkiyə və xeyirli olsun. Qətərlə də əlaqə saxlayırıq, müsbət nəticələr gözləyirik".

Ərdoğan bildirib ki, girovların mübadiləsində ən qısa zamanda nəticə əldə ediləcəyinə ümid edir.

"Biz davamlı danışıqlar aparırıq və gözləntilərimiz buradan müsbət nəticə əldə etməkdir" - Türkiyə lideri əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR