İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! DSX-nin baş çavuşu intihar etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu, baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.

Musavat.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR