İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu ölkələr Ukraynaya YAŞIL İŞIQ yandırdı

Ukraynadan bəzi ərzaq məhsullarının idxalına qadağa qoyan Avropa İttifaqı (Aİ) üzvləri Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya məhdudiyyətləri aradan qaldırmaq üçün Avropa Komissiyası ilə prinsipial razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) ticarət komissarı Valdis Dombrovskis açıqlayıb.

Dombrovskis bildirib ki, müqavilə Polşa, Slovakiya, Macarıstan və Bolqarıstanın birtərəfli qaydada qadağanı ləğv etməsini əhatə edəcək və 5 Aİ üzvü ölkəsinə fermerlər üçün 100 milyon avroluq dəstək paketi veriləcək.

Qeyd edək ki, Aİ ölkələri Rusiyanın Ukraynaya hücumlarından sonra Ukraynadan müəyyən məhsulların kəmiyyət məhdudiyyəti, gömrük və rəsmi yoxlamalar olmadan idxalına icazə verib. Bolqarıstanın Kənd Təsərrüfatı Naziri Jawor Geczew bu yaxınlarda Bolqarıstan taxıl istehsalçılarının çətin vəziyyətdə olduğunu, satılmamış məhsullarla dolu anbarlarda yeni məhsula yer olmadığını və yalnız bu istehsalçıların itkilərinin 1 milyard avro təşkil etdiyini bildirib. Aİ ölkələri olan Polşa, Macarıstan və Slovakiya da bu yaxınlarda 30 iyuna qədər Ukraynadan kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsinə qadağa qoyub. Polşa və Macarıstan öz fermerlərini qorumaq üçün belə bir qərar qəbul etdiklərini açıqlamış, Slovakiya Ukraynadan gətirilən taxılın laboratoriyalarda yoxlanmasından sonra, standartlardan yüksək pestisidlər aşkar edilməsi səbəbindən qadağa qərarı almışdı.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR