İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycan, Rusiya və İran yeni işçi qrup yaratdı - İLGİNC DETALLAR

Azərbaycan, Rusiya və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Musavat.com-un xəbərinə görə, bu məlumatı TASS-a Rusiyanın İrandakı ticarət nümayəndəliyində Dağıstan hökumətinin nümayəndəsi Andrey Tanaev verib.

Onun sözlərinə görə, 3 ölkənin rəsmiləri Rusiya-Azərbaycan və Azərbaycan-İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər:

“Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş və Astara İran, Astara Azərbaycan, Astara Azərbaycanın Cənubu, Taqirkent-Kazmalyar, Yarağ-Kazmalyar məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirdik”.

Andrey Tanaev İran tərəfi ilə bu görüşün keçirilməsilə bağlı razılaşmaların 2024-cü ilin fevralında Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oucinin sədrliyi ilə Tehranda ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-İran hökumətlərarası komissiyasının iclası zamanı əldə olunduğunu açıqlayıb.

Rusiya rəsmisi deyib ki, Yaraq-Kazmalyar keçid məntəqəsində hər şey bir pəncərə prinsipi ilə baş verir:

“Sənədləri təqdim ediblər, 30-40 dəqiqə ərzində hazırlayır, sürücüyə verirlər və gedir”.

Tanaev yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının demək olar ki, on ildə ilk dəfə keçirildiyini vurğulayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ekspertlər səviyyəsində keçirilən görüşdə hər tərəfdən 9 nəfər olmaqla ümumilikdə 27 nəfər iştirak edib.

Rusiya hakimiyyəti gözləyir ki, Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativ ola bilər və bu, həm Avropaya, həm də Rusiyadan Fars körfəzinə tranzit nəqli üçün birbaşa marşruta imkan yarada bilər. Dəhlizin ən mühüm quru hissəsi Rusiya Federasiyası, Azərbaycan və İran arasından keçir. Hazırda onunla daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR